Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Azərbaycan-Fransız Universiteti üçün maşın və avadanlıqların satın alınması” tenderinin nəticələrini elan edib.
Təhsil Nazirliyi 2 şirkətə ümumilikdə 5 milyondan çox ödəyəcək -TENDERİN QALİBLƏRİ
FED.az xəbər verir ki, tenderin qalibi “Nimpex” MMC olub.
Şirkətlə 353 056 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 148 ədəd laptop, 30 ədəd A3 və A4 kağız üçün printer skaner ilə birgə , 4 ədəd uzaq məsafəli proyektor , 25 ədəd yaxın məsafəli proyektor, 25 ədəd PC üçün monitor , 20 ədəd fərdi kompüter , 1 ədəd stirlinq mühərriki və 1 ədəd portativ temperatur su keyfiyyət ölçən satın alınacaq .