Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bərpa olunan enerji sahəsində tədris və tədqiqat imkanlarının genişləndirilməsi məqsədilə mühüm layihəyə start verilir.
Kəlbəcərə işıq gəlir: 2,3 milyonluq layihə start götürür
FED.az xəbər verir ki, BP Eksploreyşn Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant vəsaiti hesabına universitetin ərazisində bərpa olunan enerji laboratoriyasının qurulması üçün əsaslı təmir işləri həyata keçiriləcək.
Layihənin icrası "Greentech Solutions" MMC tərəfindən yerinə yetiriləcək.
Təmir işlərinin ümumi dəyəri 579 950 manat təşkil edir.