Abşeron Suvarma Sistemləri İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Məhəmmədli nasos stansiya binasının, 1 ədəd D630-90 nasos aqreqatlarının 2 ədəd 1D315-71(90 kvt-lıq elektrik mühərriki) nasos aqreqatının və 5 kameralı SUNO tipli (0,4 kv) elektrik şitlərinin quraşdırılması və enerji təsərrüfatının yenidən qurulması işlərinin satınalınması” (işin davamı ) nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 3100098061
Satınalan təşkilatın ünvanı: AZ0113, Abşeron rayonu, Gorədil qəsəbəsi
Müsabiqənin başlama tarixi və vaxtı: 01.08.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 30.08.2023 17:00
Ödəniş şərtləri - Müqaviləyə əsasən
Çatdırılma yeri - Abşeron Rayonu Görədil kəndi Abşeron Suvarma Sistemləri İdarəsi
Çatdırılma müddəti - 150 gün
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Firdovsi Gözəlov, Baş mühasib müavini
Email: [email protected]
Əlaqə telefonu: (012) 340-64-51