Abşeron Suvarma Sistemləri İdarəsi AMK, Aşağı Pirşağı, Yuxarı Pirşağı və Quşculuq kanallarının cari təmiri üçün mal-materialın satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i:3100098061
Satınalan təşkilatın ünvanı: AZ0113, Abşeron rayonu, Gorədil qəsəbəsi
Müsabiqənin başlama tarixi və vaxtı: 18.07.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 17.08.2023 17:00
Çatdırılma yeri - Abşeron Rayonu Görədil kəndi Abşeron Suvarma Sistemləri İdarəsi
Çatdırılma müddəti - 150 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Firdovsi Gözəlov, Baş mühasib müavini
Email: [email protected]
Əlaqə telefonu: (012) 340-64-51
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Sement M-400 ( 40kq kisə) (DÜİST 31108-2016, DÜİST 1581-96, AZS DÜİST 30515) |
uyğundur |
120 |
ton |
2 |
Yuyulmuş qum (AZS 475-2011, DÜİST 8736-93) |
uyğundur |
193 |
m(3) |
3 |
Qırmadaş 5x10 mm (AZS 473-2011, DÜİST 8267-93) |
uyğundur |
315 |
m(3) |
4 |
Beton bərkidici məhlul |
uyğundur |
3 |
ton |
5 |
Metal tor şəbəkə 6000x1500 (150x3 mm) |
uyğundur |
290 |
ədəd |
6 |
Laqonda üçün kəsici daş D=230 mm |
uyğundur |
128 |
ədəd |
7 |
Qaynaq çubuğu 3 mm A/C ( İEC 60974 ) |
uyğundur |
80 |
kg |
8 |
Qaynaq çubuğu 4 mm D/C ( İEC 60974 ) |
uyğundur |
40 |
kg |
9 |
Taxta materialı 0,3x0,15x6 m |
uyğundur |
5 |
m(3) |