Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “Maşın və avadanlıqların satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Caspian Supplies Aze” MMC şirkəti olub. Şirkətlə 207 min 673 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Gəncə Regional Mədəniyyət İdarəsinin 75 min 418 manat dəyərindəki “Dəftərxana və təsərrüfat mallarının satın alınması” (28.10.2022) tenderini qazanıb.