Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi uzun illər həsrətlə yurd həsrəti çəkən ailələrin doğma torpaqlara qayıdışını davam etdirir.
Dövlət Agentliyi Hövsanda 5 milyona 83 mənzil aldı - DETALLAR
FED.az xəbər verir ki, bu dəfə 746 məcburi köçkün ailəsinin azad edilmiş ərazilərə – Xocavənd, Xocalı və Ağdərə rayonlarının kəndlərinə köçürülməsi üzrə proses başlayır.
Komitənin keçirdiyi tenderin qalibi “Pelican Service” MMC olub (VÖEN: 1404665011). Qalib şirkətlə dövlət qurumu arasında 709.191,09 manat dəyərində müqavilə bağlanıb.
Köçürülmə aşağıdakı yaşayış məntəqələrini əhatə edəcək:
-
Xocavənd rayonu: Xocavənd kəndi
-
Xocalı rayonu: Seyidbəyli, Şuşakənd, Badara, Xanabad, Xanyurdu, Təzəbinə kəndləri
-
Ağdərə rayonu: Həsənriz kəndi