Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2,76 ha ərazidə tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Sumqayıt İcra Hakimiyyəti tenderin - QALİBİNİ AÇIQLADI
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bu yaşayış məhəlləsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Tenderin qalibi "Bakı Abadlıq Xidməti" MMC-dir.
Qalib şirkətə 7 mln 005,1 min manat ödəniləcək. (Report)