Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan evlərin tikintisi üçün elan etdiyi tenderlərin qaliblərin qalibləri məlum oldu.
FED.az xəbər verir ki, tenderdə KÜR-ARAZ ŞİRKƏTİ MMC və “AZERTİKİNTİ-M” MMC şirkətləri qalib olublar.
Eləcə də bax: Məcburi köçkünlər üçün 245 evlik – ŞƏHƏRCİK SALINIR - TENDERLƏR AÇIQLANDI
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şeylanlı qəsəbəsində 46 ədəd fərdi yaşayış evlərinin tikintisi üzrə KÜR-ARAZ ŞİRKƏTİ MMC ilə 3 milyon 290 min 217 manat, 108 şagird yerlik məktəbin tikintisi üzrə “AZERTİKİNTİ-M” MMC 1 milyon 856 min 932 manat məbləğində müqavilə bağlayıb.