Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi “DİN-nin Baş Mühafizə İdarəsinin Bakı, Sumqayıt şəhər və Abşeron rayon mühafizə hissələrinin balansında olan avtomobillərə servis xidməti və ehtiyyat hissələrinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “TÜRKƏR LTD” olub. Şirkətlə 455 min 409 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsinin 2 milyon 769 min 429 manat məbləğindəki “2022-ci ildə polis orqanlarında xidmətdə olan avtomobilləri markasına, buraxılış ilinə görə ehtiyyat hissələri, müxtəlif ölçülü, markalı avtomobil şinləri və akkumulyator batareyalarının alınması” tenderini (01.09.2022) qazanıb.