Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının Səhiyyə Nazırliyinin tabeliyində olan səhiyyə müəssisələrin cari təmiri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Simmetriya” MMC olub. Şirkətlə 220 min 088 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 232 min 212 manat məbləğindəki “Füzuli rayonunda fərdi yaşayış evlərinin təmiri” tenderini (28.06.2022) qazanıb.