Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi dəyəri təxminən 402 min manat olan tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, həmin tenderdə “Təhsildə inkişaf və İnnovasiyalar üzrə “Qrant Müsabiqəsi” (grants.edu.az), Elm və Təhsil Nazirliyinin (edu.gov.az), Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (tkta.edu.az), “Virtual Məktəb” (virtual.edu.az), “Hökümətlərarası Təqaüd Proqramı” (htp.edu.az), “Dövlət Proqramına qəbul” (dp.edu.az), Xalq Təhsil Muzeyinin (xtm.edu.az), eTwinning layihəsinin (etwinningplus.edu.az) saytlarına, “Hökümətlərarası Təqaüd Proqramı” (app.htp.edu.az), “Dövlət Proqramına qəbul” (app.dp.edu.az), Open edX platforması üzərindən Məzmunun İdarəedilməsi, “Edupay”, Verilənlərin emalı (Bİ), Şagirdlərin bir təhsil müəssisəsindən digərinə transferi (sy.edu.az), portal.edu.az sistemlərinə və e-derslik.edu.az, video.edu.az, Peşə təhsilinə elektron tələbə qəbulu (qebul.vet.edu.az), “Nostrifikasiya portalı”na (apply.enic.edu.az), video.edu.az portalının İOS tətbiqinə, video.edu.az portalının Android tətbiqinə, Peşə Təhsili üzrə verilənlər bazasına (pts.edu.az), “Elektron jurnal və gündəlik” (jurnal.edu.az) platformasına göstərilən texniki dəstək xidmətlərinin satınalınması nəzərdə tutulur.
Qalib "Edumedia Azərbaycan" MMC olub.
Bağlanılacaq müqavilənin dəyəri isə 401 853 manatdır.