Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi iri məbləğli təkliflər sorğusunu nəticələrini elan edib.
FED.az xəbər verir ki, sorğunun qalibi "Azedunet" MMC (VÖEN: 1301531871) olub.
Şirkətlə 3 108 901 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin işə qəbul, sertifikasiya, beynəlxalq tədqiqat və sair bu tipli tədbirlərin təşkili zamanı İKT avadanlıqlarına texniki dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur.
"Azedunet" MMC ən son Gəncə Dövlət Universiteti ilə bir mənbədən satınalma üsulu ilə 18 048 manat dəyərində internet xidmətinin satınalınması və 27 810 manat dəyərində internet üçün avadanlıqların satınalınması təkliflər sorğusu üzrə satınalma müqaviləsi imzalayıb (09.02.2023).
Xatırladaq ki, «AzEdunet» şirkəti 2007-ci ildə yaradılıb (qeydiyyat tarixi 14.12.2007), sonuncu dəfə reyestr sənədlərinə 30.03.2022-ci il tarixində dəyişiklik edilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhər. Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi ev 22, mənzil 49 ünvanında yerləşir.
Nizamnamə kapitalı cəmi 6 milyon 340 min manatdır. Şirkətin qanuni təmsilçisi Natiq Yəhyayev Rza oğludur.