Ağdam Mexaniki Suvarma İdarəsi "Nasos aqreqatlarının cari təmiri üçün ehtiyat hissələrinin satınalınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Kaskad Hidro M" MMC seçilib.
Qalib şirkətə 283 116 manat ödəniləcək.
"Kaskad Hidro M" MMC bundan əvvəl Abşeron Suvarma Sistemləri İdarəsinin 101 211 manat dəyərindəki "Mexaniki avadanlıqların cari təmiri üçün mal-materialların satınalınması" tenderinin qalibi seçilib (19.05.2023).