Abşeron Suvarma Sistemləri İdarəsi "Mexaniki avadanlıqların cari təmiri üçün mal-materialların satınalınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Kaskad Hidro M" MMC seçilib.
Qalib şirkətə 101 211 manat ödəniləcək.
"Kaskad Hidro M" MMC bundan əvvəl Göygöl Suvarma Sistemləri İdarəsinin 119 362 manat dəyərindəki "Subartezian quyularının və nasos stansiyaların cari təmiri üçün material və ehtiyat hissələrinin satın alınması" tenderinin qalibi seçilib (16.05.2023).