Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmir işləri ilə bağlı elan olunan tender ləğv olunub.
KTN-nin tenderinə maraq göstərən olmadı - 800 MİNLİK TENDER LƏĞV EDİLDİ
Tenderin ehtimal olunan qiyməti 2 milyon 546 min 864 manat 80 qəpik təşkil edirdi. Müsabiqə 3 mart 2025-ci il tarixində saat 13:57-də elan olunmuş, təkliflərin qəbulunun son müddəti isə 11 aprel 2025-ci il saat 16:00 olaraq müəyyən edilmişdi. Həmin tarixdə zərflərin açılışı da nəzərdə tutulmuşdu.
Lakin tender qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Həmin maddəyə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda, tender proseduru həyata keçirilmir və müsabiqə ləğv edilir.