"Aqrolizinq" ASC mineral gübrələrin satınalınması ilə bağlı keçirdiyi tenderin qaliblərini açıqlayıb.
Eləcə də bax: 13 milyon manatlıq tenderlərin qalibləri - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderi “Ş.A.R. AQRO” MMC və “AGRO TT” MMC qazanıb.
"Aqrolizinq" ASC 5 000 ton ammofos mineral gübrələrinin satınalınması üçün “Ş.A.R. AQRO” MMC 4 milyon 505 min manat, 20 000 ton ammonium nitrat və 7 000 ton nitroammofoska mineral gübrələrinin satınalınması üçün “AGRO TT” MMC ilə 14 milyon 184 min manat məblələrində müqavilələr bağlayıb.
"Aqrolizinq" ASC mineral gübrələrin satınalınması üçün ümumilikdə 18 milyon 689 min manat xərcləyəcək.