Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində görüləcək işlər üçün keçirdiyi tenderlərin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, fond 3 tender üçün ümumilkdə 12 milyon 989 min 819 manat xərcləyib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yeni yaşayış məhəlləsində xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün "Bakelektro" ASC ilə 4 milyon 300 min manat, qaz təchizatı şəbəkəsinin tikintisi üçün "Tunel-Metro İnşaat " MMC ilə 4 milyon 865 min 721 manat, abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi "Konsept Holding" MMC ilə 3 milyon 824 min 98 manat məbləğində müqavilələr imzalayıb.