Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 3 tenderə yekun vurub.
Təhsil Nazirliyi ümumi dəyəri 6,7 milyon olan 3 tenderə - YEKUN VURDU
FED.az xəbər verir ki, “Abşeron rayonu, Qobu qəsəbə 3 nömrəli 240 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 22 əlavə sinif otağının tikintisi işlərinin satınalınması” tenderinin qalibi “Hidro Construction” MMC olub.
Şirkətlə 6 103 720 manat məbləğində müqavilə imzalanıb.
“Sabirabad rayonu, Z.Əliyev adına Quruzma kənd 528 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması” tenderinin qalibi “Litosfer” MMC olub.
Şirkətlə 6 840 248 manat məbləğində müqavilə imzalanıb.
“Respublika üzrə bir sıra təhsil müəssisələrinin kommunal-kommunikasiya işlərinin satınalınması” tenderinin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC olub.
Şirkətlə 5 599 988 manat məbləğində müqavilə imzalanıb.