"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması ilə bağlı keçirilmiş iri həcmli tender müsabiqəsinin nəticələri açıqlanıb.
Lənkəranda kanalizasiya sistemi quracaq şirkət - 50 MİLYON QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub. Şirkət laboratoriya testlərinin təchizatını həyata keçirmək üçün 10.640.098,35 manat dəyərində təklif təqdim edib və müsabiqədə qalib elan olunub.
Qeyd edək ki, bu tender üzrə ehtimal olunan ilkin qiymət 18.240.442,56 manat idi. Lakin “Azəri Med”in təklifi bu məbləğdən 7.600.344,21 manat daha az oldu. Bu isə təqribən 41,68% qənaət deməkdir.
Qeyd edək ki, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov, ev 30F ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyil. Hal-hazırda şirkətin vergi borcu 0 AZN təşkil edir.