DİN-in BDYPİ-NİN "Siqnal" İxtisaslaşdırılmışlayihə-İstehsalat İdarəsi iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "2023-cü ilin tələbatına uyğun olaraq "İşıqforlar və ona aid ehtiyat hissələri"nin satınalınması" tenderinin qalibi "Yol Nişan" MMC olub.
Qalib şirkətə 1 639 468 manat ödəniləcək.
Qeyd edək ki, "Yol Nişan" MMC daha öncə də həmin qurumun 3 367 861 manat dəyərindəki "BDYPİ "Siqnal ilii" tərəfindən 2022-ci ilin tələbatına uyğun olaraq mal-materialları" (01.08.2022), və 1 388 167 manat dəyərindəki "2021-ci ilin tələbatına uyğun olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan "Siqnal İLİ" idarəsi tərəfindən işıqforların və onlara dair avadanlıqlaın satınalınması" tenderinin qalibi olub (17.11.2021).