Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə edilib.
Vergi borcu olan şirkət «etibarsız təchizatçı» oldu – 6 AY TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Denay Alliance Servis» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN: 1302289161) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Məlumata görə, buna səbəb - «Denay Alliance Servis» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin oktyabr ayının 1-ə qədər qadağan edilib.
Qeyd edək ki, «Denay Alliance Servis» MMC 2010-cı ilin sentyabr ayının 20-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hacıyev Mais Ayaz oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.














