Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2 şirkətlə ümumi məbləği 16 milyon 587 min manat olan 2 müqavilə imzalayıb.
FED.az xəbər verir ki, müqavilələr “AzNest” QSC və “AQRİ KON” QSC ilə imzalanıb.
Eləcə də bax: Səhiyyə Nazirliyinin 6,8 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
“AzNest” QSC ilə imzalanmış 10 milyon 356 min manatlıq müqavilə “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın şəhər və rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan əmlakın (inventarların, maşın və avadanlıqların) satınalması"nı nəzərdə tutur.
“AQRİ KON” QSC ilə imzalanmış 6 milyon 230 min manat müqavilə isə “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması”nın nəzərdə tutur.