Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (VÖEN – 1504595531) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Dövlət Sort-Sınaq Məntəqələri üçün biçin xidmətlərinin satın alınmasıdır. Biçin işləri Ağdam, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Qazax, Qusar, Lənkəran, Salyan, Zaqatala və Kürdəmir rayonlarında yerləşən məntəqələrdə həyata keçiriləcək.
Ehtimal olunan qiymət 28 407 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 1 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 57 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Seymur Qocayev - Satınalma mütəxəssisi
[email protected]
+994 12 498 89 14
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 1 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A ünvanına təqdim edə bilərlər.












