Bu ilin sentyabr ayında Bakıda Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında 3-cü biznes formu keçiriləcək.
BSU tədbirlərin təşkilinə yarım milyondan çox pul - SƏRF EDƏCƏK
FED.az xəbər verir ki, formun keçirilməsi ilə bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC açıq tender elan edir.
Qeyd edək ki, tədbirə Manama, Doha, Əbu-Dabi, Küveyt və Ər-Riyaddan 300 nəfər qonağın gələcəyi gözlənilir.
Forum çərçivəsində Şuşa şəhərində də ayrıca tədbirin keçirilməsi planlaşdırılır. Qonaqların Qız Qalası, Şirvanşahlar Sarayı, Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi də daxil olmaqla Bakının görməli yerlərinə, eləcə də ölkənin digər mənzərəli bölgələrinə səfərləri təşkil ediləcək.
Tender haqqında digər detallar :
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1307417001
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16
Ehtimal olunan qiymət: 927.699,48 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 01.08.2024 18:58
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.08.2024 17:30
Zərflərin açılış tarixi və vaxtı: 23.08.2024 17:30
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zaur Məmmədov, Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi
Email : [email protected]
Əlaqə telefonu : (+994 12) 403 87 93