Səhiyyənin Təminat Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
AMB bu şirkətə 800 minə yaxın - PUL ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, tender 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin alınmasını əhatə edir.
Tenderin qalibi "Epidbiomed" MMC (VÖEN: 1500338941) olub və şirkətlə bağlanan müqavilənin dəyəri 25 152 705 AZN təşkil edir.
Tender çərçivəsində 301 796 ədəd vaksin satın alınacaq.
Qeyd edək ki, “Epidbiomed” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyev Sabir oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşir.