"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası səhiyyə müəssisələrinə ehtiyac olan reaktiv və sərfiyyat mallarının satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Supplimed" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 2 milyon 20 min 440 manat 43 qəpik təşkil edir.
Ehtimal olunan qiymət 2 milyon 214 min 234,20 manat idi.
Qeyd edək ki, bu şirkət 3 aprel 2014-cü ildə yaradılıb və 1 milyon 97 min 890.35 manat nizamnamə kapitalına malikdit. Qanuni təmsilçisi Həmid Mustafayev Kamil oğludur.











