Azərbaycan Dövlət İqtisad Universiteti "Təmir işləri ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Koneks Construction" MMC (VÖEN: 3103278031) olub.
Qalib şirkətə 1 092 656 manat ödəniləcək.
"Koneks Construction" MMC bundan öncə Milli Arxiv İdarəsinin 9 242 698 manat dəyərindəki “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı "Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması” tenderinin qalibi olub.
Xatırladaq ki, "Konek Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.