Ukrayna prezidenti Vladimir Zelenski ZELENSKYY ticarət nişanını qeydiyyatdan keçirib.
Ukrayna prezidentindən vizasız gediş-gəliş - FƏRMANI
FED.az xəbər verir ki, RİA Novosti-nin xəbərinə görə, sənədlərə əsasən, ZELENSKYY brendi Kanada, Avropa İttifaqı, Böyük Britaniya, Gürcüstan, İsrail, Yaponiya, Türkiyə, ABŞ, Ermənistan, İsveçrə, Çin və Moldovada istifadə üçün qeydiyyatdan keçib.
İsveçrədə Ukrayna liderinin adı ilə spirtli içki və tütün satışı başlayır.
Bu brend altında təklif olunan xidmətlərə həmçinin əyləncə sənayesi üçün film istehsalı və kitab nəşri daxildir.
O da bildirilib ki, Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərindəki villası bu yaxınlarda satışa çıxarılsa da, hələ ki, alıcı tapmayıb. Yerli daşınmaz əmlak agentlikləri Ukrayna prezidentinin evinə bənzər rezidensiyaları 2,5-3 milyon avroya satırlar.
Zelenskinin belə geniş xidmətlər üçün ticarət nişanını qeydiyyata alması əlamətdar addım kimi şərh olunur.