2025-ci ilin yanvar ayında Azərbaycandan 19 milyon 293 min dollar dəyərində 26 min 114 ton xurma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 236 min dollar və ya 13%, miqdar ifadəsilə 5 min 49 ton və ya 24% artıb.
2024-cü ilin yanvar ayında isə Azərbaycandan 17 milyon 57 min dollar dəyərində 21 min 65 ton xurma ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.63%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 7,85%-i xurmanın payına düşüb.
Hesabat ayında 1 kq xurmanın orta ixrac qiyməti 1,26 manat olub ki, bu da illik müqayisədə 12 qəpik (9%) ucuzlaşma deməkdir. 2024-cü ilin yanvar ayında 1 kq xurmanın orta ixrac qiyməti 1,38 manat idi.