2025-ci ilin yanvar ayında Azərbaycandan 6 milyon 858 min dollar dəyərində 10 min 705 ton alma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 666,9 min dollar və ya 11%, miqdar ifadəsilə 1 276 ton və ya 14% artıb.
2024-cü ilin yanvar ayında isə Azərbaycandan 6 milyon 191 min dollar dəyərində 9 min 429 ton alma ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.23%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,79%-u almanın payına düşüb.
Hesabat ayında 1 kq almanın orta ixrac qiyməti 1,09 manat olub ki, bu da illik müqayisədə 3 qəpik (2%) ucuzlaşma deməkdir. 2024-cü ilin yanvar ayında 1 kq almanın orta ixrac qiyməti 1,12 manat idi.