Bu ilin yanvar ayında Azərbaycan xaricə 22,3 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 15,5% çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycan 19,3 milyon ABŞ dolları dəyərində xurma ixrac etmişdi.












