Bu ilin birinci rübündə Azərbaycandan xaricə 32 milyon dollarlıq xurma ixrac edilib.
Xurma ixracı Azərbaycana bu il 31 milyon dollar - VALYUTA GƏTİRİB
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon dollar və ya 0,9% azalıb. 2025-ci ilin birinci rübündə ölkədən 32,3 milyon dollarlıq xurma ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Xurma ixracının ümumi ixracda payı 3,7% olub.














