Bu ilin ilk 2 ayında Azərbaycandan 30 milyon 913 min dollar həcmində 38 min 606 ton xurma ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 433 min dollar və ya 1,4% artıb, lakin miqdar ifadəsilə 3 min 224 ton, başqa sözlə 7,7% azalıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 30 milyon 481 min dollar dəyərində 41 min 830 ton xurma ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 0,80 dollar (təxminən 1 manat 36 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,73 dollar (təxminən 1 manat 24 qəpik) idi. Bu da illik müqayisədə 0,07 dollar (12 qəpik) və ya 9,6% bahalaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,84%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,32%-i xurmanın payına düşüb.












