2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 29 milyon 146 min dollar həcmində 37 min 692 ton xurma ixracı baş tutub.
Azərbaycan almanı xaricə neçəyə ixrac edir? - QİYMƏT AÇIQLANDI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 526 min dollar və ya 75,4%, miqdar ifadəsilə 14 min 823 ton, başqa sözlə 64,8% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 16 milyon 620 min dollar dəyərində 22 min 869 ton xurma ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 31 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 23 qəpik idi. Bu da illik müqayisə ilə 7 qəpik və ya 6,4% artım deməkdir.
Bu il ümumi ixracının 0,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,18%-i xurmanın payına düşüb.