Bu ilin ilk 2 ayında Azərbaycandan 17 milyon 620 min dollar həcmində 22 min 638 ton alma ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 50 min dollar və ya 29,8%, miqdar ifadəsilə isə 1 min 965 ton, başqa sözlə 9,5% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 13 milyon 571 min dollar dəyərində 20 min 674 ton alma ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 0,78 dollar (təxminən 1 manat 33 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,66 dollar (təxminən 1 manat 12 qəpik) idi. Bu da illik müqayisədə 0,12 dollar (21 qəpik) və ya 18,2% bahalaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,48%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,03%-i almanın payına düşüb.












