Bu ilin ilk 10 ayında Azərbaycana 148,1 milyon dollar dəyərində 21,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9 milyon dollar və ya 6,5%, miqdar ifadəsilə isə 3 min ton, başqa sözlə 12,4% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 139,1 milyon dollar dəyərində 24,5 min ton kərə yağı idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının orta idxal qiyməti 11 manat 71 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 67 qəpik idi. Bu da illik müqayisədə 2 manat 4 qəpik və ya 21,1% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi idxalın 0,77%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,84% olmuşdu.











