Bu ilin ilk 10 ayında Azərbaycana 397,3 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, geyim idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 51,7 milyon dollar, başqa sözlə 14,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 345,6 milyon dollar dəyərində geyim və ləvazimatları gətirilmişdi.
Bu il 10 ayında ümumi idxalın 2,07%-i geyim əşyalarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,08% təşkil etmişdi.











