Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 41 milyon 80 min ABŞ dolları dəyərində 39 min 210 min ton düyü idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən düyünün dəyəri 8 milyon 573 min dollar və ya 26,4%, həcmi isə 2 min 779 ton və ya 7,6% artıb.
Ötən ilin I yarısında isə ümumilikdə 32 milyon 509 min dollar dəyərində 36 min 431 ton düyü idxal edilmişdi.
Bu ilin 6 ayının nəticələrinə görə 1 kq düyünün orta idxal qiyməti 1,78 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,26 manat və ya 17,4% çoxdur.
2023-cü ilin 6 ayı ərzində orta idxal qiyməti hər kq üçün 1,52 manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin ilk yarımilliyində düyü idxalı ölkənin ümumi idxalının 0,46 faizinə bərabər olub.