2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 613 min 640 ABŞ dolları dəyərində 486 ton sarımsaq idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 204 min 280 dollar və ya 50%, miqdar baxımından isə 171 ton və ya 54% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 409 min 360 dollar dəyərində 315 ton sarımsaq idxal edilib.
1 kq sarımsağın orta idxal qiyməti 2023-cü ilin 4 ayına görə 2,15 manat olub ki, bu da qiymətlərdə 0.06 manat və ya 3% ucuzlaşma deməkdir.
Ötən ilin 4 ayının nəticəsinə görə 1 kq sarımsağın idxalı 2,21 manat təşkil edib.