2025-ci il ərzində Azərbaycana 87,6 milyon dollar həcmində 173,3 min ton gübrə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 15,1 milyon dollar və ya 20,8%, miqdar ifadəsilə isə 10,9 min ton, başqa sözlə 6,7% artıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 72,5 milyon dollar dəyərində 162,4 min ton gübrə idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə idxal edilən gübrənin 1 kiloqramının orta idxal qiyməti 0,51 dollar (0,87 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,45 dollar (0,76 manat) idi. Bu da illik müqayisədə 0,06 dollar (0,10 manat) və ya 13,3% bahalaşma deməkdir.
Bu il ümumi idxalın 0,36%-i gübrələrin payına düşüb. Ötən il isə müvafiq göstərici 0,34% olmuşdu.











