2025-ci il ərzində Azərbaycandan 170,8 milyon dollar həcmində 543,6 min ton azot gübrəsi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 44,6 milyon dollar və ya 35,3% artsa da, miqdar ifadəsilə 21,4 min ton, başqa sözlə 3,8% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 126,2 milyon dollar dəyərində 565 min ton azot gübrəsi ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 0,31 dollar (0,53 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,22 dollar (0,38 manat) idi. Bu da illik müqayisədə 0,09 dollar (0,15 manat) və ya 40,6% kəskin bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,68%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,71%-i azot gübrəsinin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,48% və 3,76% olmuşdu.











