Bu ilin ilk 9 ayında Azərbaycana 40 milyon dollar (68 milyon manat) həcmində 42 min 304 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14,8 milyon dollar (25,2 milyon manat) və ya 27%, miqdar ifadəsilə isə 10 min 235 ton, başqa sözlə 19,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 54,8 milyon dollar (93,2 milyon manat) dəyərində 52 min 539 ton düyü idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi düyünün 1 kiloqramının orta idxal qiyməti 1 manat 60 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 77 qəpik idi. Bu da illik müqayisə ilə 17 qəpik və ya 9,6% ucuzlaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 0,24%-ü düyünün payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,37% olub.