Azərbaycandan bu ilin yanvar-avqust aylarında Ukraynaya 167 ton pomidor ixrac edilib.
Məlumata görə, Ukraynaya ixrac edilmiş pomidorun dəyəri isə 187 min 370 dollar olub.
Son bir il ərzində ixracın həcmində 133 ton (4,9 dəfə), dəyərində isə 145 min dollara yaxın (4,4 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Ukraynaya 42 min 650 dollar dəyərində 34 ton pomidor ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Ukraynaya ixrac edilmiş pomidorın orta hesabla 1 tonunun dəyəri 1 908 manat (1 kq-1,91 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 224 manat (1 kq -22 qəpik) və ya 10,5% azdır.
Ötən ilin müvafiq dövründə bu göstərici 2 132 manata ( 1kq - 2,13 manat) bərabər olub.