Bu ilin yanvar ayında Azərbaycana 7,3 milyon dollar dəyərində 8 min 231 ton düyü idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 891 min dollar və ya 10,8%, miqdar ifadəsilə isə 16 ton, başqa sözlə 0,2% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 8,2 milyon dollar dəyərində 8 min 216 ton düyü idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan düyünün 1 kiloqramının orta idxal qiyməti 0,89 dollar (təxminən 1 manat 51 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,00 dollar (təxminən 1 manat 70 qəpik) idi. Bu da illik müqayisədə 0,11 dollar (19 qəpik) və ya 11% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,56%-i düyünün payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,40% olmuşdu.











