Bu ilin yanvar ayında Azərbaycana 8,2 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, tütün idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,4 milyon dollar, başqa sözlə 14,2% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 9,6 milyon dollar dəyərində tütün məhsulları gətirilmişdi.
Bu il yanvar ayında ümumi idxalın 0,63%-i tütün məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,47% idi.











