Bu ilin yanvar ayında Azərbaycana 8,2 milyon dollar dəyərində 3 min 332 ton ət idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 884 min dollar və ya 9,7%, miqdar ifadəsilə isə 760 ton, başqa sözlə 18,6% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 9,1 milyon dollar dəyərində 4 min 92 ton ət idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 2,46 dollar (təxminən 4 manat 18 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,22 dollar (təxminən 3 manat 77 qəpik) idi. Bu da illik müqayisədə 0,24 dollar (41 qəpik) və ya 10,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,63%-i ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,44% olmuşdu.











