Bu ilin yanvar ayında Azərbaycana 30,1 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, geyim idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,1 milyon dollar, başqa sözlə 11,9% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 34,2 milyon dollar dəyərində geyim və ləvazimatları gətirilmişdi.
Bu il yanvar ayında ümumi idxalın 2,31%-i geyim əşyalarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,67% təşkil etmişdi.










