Bu ilin ilk 9 ayında xaricdən Azərbaycana 136,4 milyon dollar dəyərində həcmində 19 min 770 ton kərə yağı idxal edilib.
FED.az biznes və iqtisadiyyat xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağının idxalı dəyər ifadəsilə 12,4 milyon dollar və ya 10% artıb, miqdar ifadəsilə isə 2 min 435 ton, başqa sözlə 11% azalıb.
Xatırladaq ki, 2024-ün eyni dövründə xaricdən Azərbaycana 124 milyon dollar dəyərində 22 min 205 ton kərə yağı idxal edilmişdi.
Bu ilin ilk 9 ayında xaricdən alınan kərə yağının 1 kiloqramının orta qiyməti 6,9 dollar və ya 11,73 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 5,58 dollar və ya 9,51 manat olmuşdu.
Başqa sözlə, ölkəyə idxal edilən kəpə yağının kiloqramının qiyməti ötən illə müqayisədə 2,22 manat və ya 23% bahalaşıb.