Tütün istehsalı üç dəfədən çox azalıb, siqaret istehsalı isə artıb.
Azərbaycanda ət və ət məhsulları ötən ay bahalaşıb
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 12,3 milyard ədəd siqaret və siqar istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.
Əksinə, tütün istehsalı kəskin azalıb, 2024-cü ilin 9 ayında 3862 ton olan göstərici 2025-ci ildə 1277,6 tona enib. Bu isə təxminən 3 dəfə azalma deməkdir.
Siqaret ehtiyatı 2024-cü ildəki 1278,5 milyon ədəddən 892,9 milyon ədədə düşüb (30 faiz azalma), tütün ehtiyatı isə 808,5 tondan 486,9 tona enib (təxminən 40 faiz azalma).