Ət və ət məhsullarının qiymətində artım davam edir.
Kərə yağı istehsalı 11 faiz azalıb - DETALLAR
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, ət və ət məhsullarının qiymətində 2025-ci ilin sentyabr ayında əvvəlki aya nisbətən 2,3 faiz, 2024-cü ilin sentyabr ayına nisbətən isə 8,5 faiz bahalaşma qeydə alınıb.
2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz, 2024-cü ilin yanvar-sentyabr aylarında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz qiymət artımı müşahidə olunub.
Ötən il sentyabrda qiymətlər avqust ayına nisbətən 1,7 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 3,4 faiz artmışdı. 2023-cü ilin yanvar-sentyabr dövründə isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz bahalaşma qeydə alınmışdı.